İzzətin film çəkilişindən FOTOLAR

18 Avqust 2015 11:29 (UTC+04:00)
Müğənni İzzət Bağırov yenidən filmdə rol alacaq. SİA-nın verdiyi xəbərə görə, o, əməkdar artist Tahir İmanovun yeni filmində oynayacaq. İfaçı bu haqda sosial şəbəkədə yazaraq çəkiliş məkanından şəkillərini paylaşıb: "Tahir İmanovun yeni filminin çəkiliş məkanından isti görüntülər. Mənim əzizlərim, mən də bu filmdə rol almışam. Hazırda çəkilişlər gedir".

Qeyd edək ki, İ.Bağırov ilk dəfə "Ayrılıq imiş" filmində rol alıb.