Vüqar Əsgərov: “Leyla Yunusun zərərsizləşdirilməsini həzm edə bilmirlər”

17 Avqust 2015 16:56 (UTC+04:00)
"Leyla Yunusu müdafiə edən Qərbin bəzi dairələri bu kimi casusları müdafiə etməklə böyük pullar qazanırlar. Əslində onlara Leyla Yunus yox, onun ətrafında yaradılacaq provokasiya nəticəsində əldə edəcəkləri milyonlar maraqlıdır. Leyla Yunusu müdafiə edənlərin ölkələrində casuslara ölüm hökmü və yaxud ömürlük həbs verilir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əsgərov bildirib.

Onun sözlərinə görə, həbs edilən casusların ətrafında yaradılan hay-küyə görə narahat olmaq düzgün deyil: " Qərbin bəzi dairələri Leyla Yunus kimi "vacib" adamlarının zərərsizləşdirilməsini həzm edə bilmirlər. Lakin zaman keçdikcə onlar bunu qəbul edəcəklər. Çünki Leyla Yunus Azərbaycan vətəndaşıdır və onun haqqında tədbirlər ölkə qanunlarına uyğun olaraq görülür. Yox əgər kimsə bizə Leyla Yunusu azad etmək üçün qanunu dəyişin deyirsə, bu artıq onların özlərini gülünc vəziyyətə qoyur. Hər kəs bizim qanunlarımıza hörmət etməyə borcludur".