Azərbaycanda ali təhsil müəssisələrinin ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, abituriyentlər imtahanın nəticələri ilə TQDK-nın internet saytı vasitəsilə və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Qeyd edək ki, ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 36625 abituriyent, V ixtisas qrupu üzrə isə 8898 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.
İxtisas seçimi ərizələrini tələb olunan vaxtda təsdiqləməyən abituriyentlər ixtisas seçimi müsabiqədə iştirak edə bilməyiblər.