Neftsiz iqtisadiyyat: Dayanıqlı inkişafda strateji yanaşma

11 Avqust 2015 17:20 (UTC+04:00)

Əgər 2010-cu ildə Ümumi Daxili Məhsulda (ÜDM) qeyri neft sektorunun payı 49 faiz idisə cəmi il 4 il sonra bu göstərici 68 faizədək yüksəldi. Bu onu göstərir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı nəinki ölçülən bilə hədəflər müəyyənləşdirilib, eyni zamanda iqtisadi diversifikasiya hər zaman dövlət başçısının diqqətində olub. Cənab Prezident İlham Əliyevin Şabran rayonunun ərazisində yerləşən "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksinin açılışında neftsiz iqtisadiyyatın formalaşdırılması vəinkişaf etdirilməsi ilə bağlı çıxışı isə mövcud siyasi iradəni bir daha nümayiş etdirməklə yanaşı, iqtisadiyyatın şaxələnməsində yeni bir mərhələnin əsasının qoyacaq. Ölkə Prezidentinin "biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir" fikirləri ölkəmizin dayanıqlı inkişafını özündə birləşdirən strateji hədəflərin əsasını formalaşdırdı.

Qeyri-neft sektorunda mövcud artım tempinin qorunub saxlanması, aparılan iqtisadi islahatlar yaxın zamanlarda Azərbaycanda neftsiz və dayanıqlı inkişaf edən şaxələnmiş iqtisadiyyatın formalaşmasına imkan verəcək. Bununla da neft ölkəsi olan Azərbaycan qeyri-neft sektorunun dominat olduğu iqtisadiyyatı formalaşdırmağa imkan verəcək. Bütövlükdə, son 3 ildə qeyri-neft sektorunun iqtisadiyyatda payında ciddi artımlar müşahidə edilməkdədir. Belə ki, bu il də qeyri-neft sektorunun büdcədəki payında əvvəlki ilə nisbətən artım müşahidə ediləcək. Əgər, 2013-cü ildə qeyri neft sektorunun payı 26, 2014-cü ildə bunun 34 faiz olubsa, gələn il isə 35 faizə çatdırılması proqnozlaşdırılır. Bu o deməkdir ki, son 2 ildə dövlət büdcəsində qeyri-neft sektorunun payı təxminən 10 faiz bənd artıb. İqtisadiyyatda və eləcə də büdcə gəlirlərinin formalaşmasında enerji sektordan asıllılığın aradan qaldırılması baxımdan bu, kifayət qədər əhəmiyyətli faktdır. 2015-ci ilin gəlirlərinin strukturunda vergidaxilolmaların həcmi də artacaq. Vergili daxilomaların 68 faizə yaxını qeyri-neft sektorunun payına düşəcək. Bu da gəlirlərin strukturunun şaxələndirilməsi baxımından əhəmiyyətlidir.

Eyni zamanda, 2015-ci ildə qeyri-neft daxiolmaların həcmi 512 milyon manat və ya bu ilin proqnoz göstəriciləri ilə müqayisədə 11.9 faiz artacaq. Bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyard 48 milyon manat və ya 27.8 faiz çoxdur. Büdcə gəlirlərinin diversifikasiyası eyni zamanda özünü Ümumi Daxili Məhsulda (ÜDM) qeyri-neft sektorunun payının artmasında göstərir. Belə ki, gələn il qeyri-neft sektorunun ÜDM-də payı 65,1 faizədək yüksələcək ki, bu da 2014-cü ilin göstəriciləri ilə müqayisədə 5.5 faiz-bənd, 2013-cü ilin faktiki göstəriciləri ilə müqayisədə 8.5 faiz- bənd çoxdur. Buna paralel olaraq, özəl sektorunun ÜDM-də payı 83 faizədək yüksələcək. ÜDM-nin strukturunda həm sənaye, həm də qeyri-neft sənayesinin payında artımlar proqnozlaşdırılır.

Azərbaycan Prezidentinin son açıqlaması 4.7 milyon nəfər məşğul əhalinin təxminən 4.6 milyonun, o cümlədən muzdla calışan 1366.9 min işçinin 1330.0 mini çalışdığı qeyri-neft sektorunun iqtisadiyyatda payının artırılması və neftdən kənar iqtisadi inkişafı əhatə etməklə daxili tələbatın ödənilməsində idxaldan asılılıq azaldacaq, idxal infilyasiyasını məhdudlaşdıracaq, qeyri-neft bölməsini dövlət büdcəsinin gəlirlərinin əsas qaynaqlarından biri çevirəcək, ölkənin rəqabətqabiliyətini daha da artıracaq və ölkə iqtisadiyatının neftin dünya bazar qiymətindən asıllığın tamamilə aradan qaldırılmasına imkan yaradacaq. Aydındır ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində, əhalinin gündəlik tələbat mallarına olan ehtiyacının qarşılanmasında idxal məhsullarından asılılığın azaldılması və maliyyə sektorunun idxal infilyasiyasından qorunmasında qeyri-neft sektorunun rolu əvəzsizdir. Dövlət büdcəsinin gəlirlərinin formalaşdırılmasında da qeyri neft sektoru müstəsna əhəmiyyət daşıyır. Baxmayaraq ki, son illərdə büdcədə neftdən daxillolmaların həcmi coxdur, perspektiv üçün dövlət büdcəsinin maliyyə qaynağı iqtisadiyatın neftdən kənar sektorları hesab edilir.

Bir faktı qeyd edək ki, 2001-ci ildə Azərbaycanın xarici ticarət dövriyəsi 3.7 milyard dollar olduğu halda 2014-cü ildə bu göstərici 39.5 milyard dollara qədər və yaxud da təxminən 11 dəfə artıb. 2020 Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında isə qeyri-neft sektorunun həcminin adambaşına 1000 ABŞ dollarına və yaxud ümumilikdə 10 milyard dollara qədər artacağı hədəf olaraq müəyyən edilib. Əgər nəzərə alsaq ki, ölkəmizə idxalın həcmi təxminən 9.5 milyard dollardır və istehsal gücləndikcə daxili tələbatın ödənilməsi daha cox bu qaynaq hesabına təmin edilir qeyd etmək olar ki, 2020-ci ildə ölkəmizin qeyri-neft ixracı ümumi idxala bərabər olacaq. Bu isə Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsi, neft hasilatının tükəndiyi zamanlarda ticarət saldosundakı üstünlüyün qorunub saxlanması və iqtisadi nüfuzun itirilməməsi istiqamətində müsbət rol oynayacaq. Son illər ərzində bu istiqamətdə atılmalı olan addımların və aparılan siyasətin konturlarının müəyyən edilməsi və səmərəliliyinin artırılması məqsədi ilə ölkəmizdə qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına dair tədbirlər planı təsdiq edilib. Tədbirlər planında qanunvericilik bazasının təkmilləşdirilməsi, ixrac siyasətində kordinasiyanın gücləndirilməsi, ixrac mallarının istehsalının stimullaşdırılması, ixracın infrastruktur təminatının yaxşılaşdırılması, keyfiyətə nəzarət sisteminin gücləndirilməsi, ixracın təşviqi və marifləndirmə kimi vacib məsələlər öz əksin tapıb.

Azərbaycan iqtisadiyyatında hələlik neftin payının nisbətən yüksək olması tamamilə iqtisadi qanunauyğundur. Azərbaycan neft ölkəsidir və enerji resurslarının ixracatı ölkəmizdə rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına imkan verib. O baxımdan Azərbaycan Prezidentinin siyasi iradəsi ilə formalaşdırmaqda olan şaxələnmiş iqtisadiyyat məhz inkişaf etmiş infrastruktur əsasında priortitet sektorların ixrac qabiliyyətinin yüksəlməsinə imkan yaradacaq. Neft gəlirləri əsasında formalaşdırılan mövcud infrastruktur məhz neftsiz iqtisadiyyatımız üçün iqtisadi zəmin formalaşdırılacaq.

Azərbaycan iqtisadiyatının-o cümlədən qeyri-neft sektorunun inkişafı ölkə Prezidentinin siyasi iradəsi nəticəsində aparılan iqtisadi islahatların nəticəsidir. Həmçinin, ölkənin iqtisadi gələcəyinin qeyri-neft sektoruna bağlı olması prioritet götürülərək bu sahədə ciddi infrastruktur işləri həyata kecirilib, normal investisiya mühiti formalaşdırılıb. Digər tərəfdən isə qanunvericilik bazası zamanın tələbinə uyğunlaşdırılıb, normal bazar münasibətlərinin formalaşmasında və azad rəqabətin təmin edilməsində ciddi nəticələr əldə edilib. Ölkəmizin etibarlı tərəfdaş imici yaradılıb və beynəlxalq nüfuzu müsbətə döğru dəyişməkdə davam edir. Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusi ilə strateji əhəmiyətli layihələrdə iradə nümayiş etdirən regional gücə cevrilib. Bir sözlə ölkəmizin təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanılıb və Azərbaycan dünya iqtisadiyatının aktiv iştirakçısına cevrilib.

Ölkəmizdə neftsiz iqtisadiyyat modelinin qurulması və enerji gəlirlərinin sterelizasiyasının həyata keçirilməsi məhz son illər əldə edilən iqtisadi uğurlar nəticəsində mümkün olacaq. Dövlət başçısının neftsiz iqtisadi inkişaf ilə bağlı bəyanatı isə ölkə iqtisadiyyatında yeni mərhələnin əsasının qoyulması kimi də dəyərləndirilməlidir.