"Google"-un yaradıcısı Larry Peyc və baş direktoru Sergey Brin yeni bir baza şirkət yaradırlar. SİA-nın BBC-yə istinafən verdiyi xəbərə görə, şirkət "Alphanet" adlandırılacaq. Şirkət əhatə etdiyi sahələrə görə "Google"-ni arxa planda qoyacaq qədər nəhəng layihələri əhatə edəcək. Belə ki, yaradılacaq yeni şirkət "Google" və ona bağlı olan bütün strukturlar "Alphanet" daxilində fəaliyyət göstərəcək. Bu günə qədər "Google"-nin fəaliyyəti altında işləyən şirkətlərin hamısı, eyni zamanda "Google"-nin özü Alphanet üçün işləyəcək. Başqa sözlə Alphanet böyük bir holdinq kimi fəaliyyət göstərəcək.
Alphanet internet saytı olaraq fərqli bir domenə sahibdir: abc.xyz...