Naxçıvanda zəlzələ

6 Avqust 2015 16:39 (UTC+04:00)

Bu gün Naxçıvan Muxtar Respublikasında zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, zəlzələ saat 15.54-də Heydərabaddan 33 km cənub-şərqdə, Şərur ərazisində baş verib. Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 16 km olub.

Zəlzələ hiss olunmayıb.