Toyota avtomobil şirkəti su ilə çalışan maşınlar istehsal etməyə başlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Yaponiyanın nəhəng avtomobil şirkəti tərəfindən istehsal olunacaq yeni avtomobil "Mirai" yalnız su vasitəsilə işləyəcək. İxtiraçıların sözlərinə görə, su dolu çənlə avtomobil 650 km yol qət edəcək. Firma avtomobilin satışına elə məhz Yaponiyada başlayacaq. İlk satış dekabr ayında həyata keçiriləcək. Daha sonra avtomobil xarici dövlət kimi ABŞ-da da satışa buraxılacaq.
Avtomobilin dəyəri təxminən 60 min dolları təşkil edəcək. Eyni zamanda qeyd edilir ki, avtomobillər su ilə çalışdığından onlar üçün xüsusi yanacaq doldurma məntəqələrinə də ehtiyac duyulacaq.