Əlində pivə bakalı tutub şəkil çəkdirən xanım müğənni Xatirə İslam bu dəfə də izləyicilərinin diqqətindən qaçmayıb. SİA-nın xəbərinə görə, paytaxt restoranlarının birində ailəsi ilə şam edən sənətçi fotosunu "İnstagram" blokunda paylaşıb. Əlində pivə bakalı tutmasına baxmayaraq şəkildə sərbəst olan müğənni görüntünün normal qarşılanmasını nəzərə alaraq: "Hərdən belədə olur. Yayda olarda. Mən rahat yaşamağa qərar vermişəm. Sözbaz adamlar bezdirsə, köçəcəm xarici ölkələrin birinə. Oralarda söz-söhbət olmur" - deyə, qeyd edib.
