Bu xidmətdən 2 316 dəfə istifadə olunub

4 Avqust 2015 16:23 (UTC+04:00)

Yaşayış yeri haqqında arayışın elektronlaşdırılması vətəndaşların işini asanlaşdırıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Elektron hökumət" portalı üzərindən göstərilən "Yaşayış yeri haqqında arayış" elektron xidmətindən iyul ayı ərzində 2 316 dəfə istifadə olunub.

Elektron arayışları elektron şəkildə istənilən təşkilata göndərmək və ya çap edərək aidiyyəti quruma təqdim etmək mümkündür.

Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod və ştrix-kod ilə təsdiq edilir, eyni zamanda, e-arayışın mövcudluğu portal vasitəsi ilə yoxlanıla da bilər.