Dünyanın ən məşhur foto və video paylaşma platforması olan Instagram istifadəçilərinin sayı günü-gündən artır. Əslində bu platforma digər sosial şəbəkələrdən kəskin dərəcədə fərqlənmir. Instagram da sosial şəbəkədir və insanlar bu şəbəkədən müxtəlif məqsədlər üçün istifadə edirlər. Məqsədlər fərqli olduqca Instagram hesablarının sayı da artır. Bəzən 1, 2 hətta 3 Instagram profili açmaq məcburiyyətində qalırıq. 3 Instaqram profili isə 3 telefon deməkdir. Çünki Instagram proqramı vasitəsilə bir telefonda yalnız bir profil açmaq olur. Nəzərə alaq ki, Instagramda kompyuter vasitəsilə profil açmaq mümkün deyil.
Bəzən həm dostlarımız üçün həm də kommersiya fəaliyyəti ilə bağlı bir neçə profilə ehtiyac duyuruq. Bu zaman bizə eyni telefonda paralel istifadə edə biləcəyimiz iki profil lazımdır. Beləliklə bu yazıda sizə bir telefonda iki Instagram hesabı açmağın üsullarından danışacağıq.
Təbii ki, ilk öncə telefonunuzun əməliyyat sistemi bunu dəstəkləməlidir. Əgər telefonunuz Windows əməliyyat sistemi ilə işləyirsə bu imkandan yararlana bilməyəcəksiniz. Yalnız İOS və Android istifadəçiləri bir telefonda iki Instagram hesabı aça bilərlər.
İndi isə gələk əsas məsələyə. İkinci bir profil açmaq üçün biz fərqli proqramlara üz tutmalıyıq. Bu proqramlar vasitəsilə biz eynilə ikinci Instagram profili əldə edirik. Fərq sadəcə yüklədiyin proqramın adındadır. İçərisi isə Instagram-la eynidir. Uzun sözün qısası bu proqramlar sizə ikinci Instagram profili açmaq üçün bir vasitədir. Sizə bu proqramların adını təqdim edirəm:
1. Fotogramme. Bu proqram İOS cihazlarında işləyir. App marketdən yükləyə bilərsiniz. Yüklədikdən sonra eynilə Instagram-da olduğu kimi qeydiyyatdan keçirsiz. Beləliklə ikinci Instagram profilini əldə edirsiniz.
2. Phonegram. Həm İOS, həm də Android cihazları üçün nəzərdə tutulub. Eyni zamanda bu proqram vasitəsilə bəyəndiyiniz şəkilləri telefonunuza yükləmə şansınız da var. Proqramın yüklənmə qaydası Fotogramme ilə eynidir.
3. Instwogram. Bu sistem qəliz olduğundan təfərrüata ehtiyac bilmirik.
Beləliklə bu proqramlardan biri ilə siz Instagram-da iki profilə sahib olacaqsız.
Nigar Məmmədova