“BP-Azerbaijan”a yeni vitse-prezident təyin edilib

31 İyul 2015 13:57 (UTC+04:00)

"BP-Azerbaijan" şirkətinin Vergi və Gömrük Məsələləri üzrə regional direktoru Bəxtiyar Aslanbəyli şirkətin yeni vitse-prezidenti təyin edilib. SİA bu barədə şirkətin mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, yeni vitse-prezident vəzifəsinin icrasına avqustun sonunda başlayacaq.

Qeyd edək ki, B.Aslanbəyli bu postda xarici ölkə vətəndaşını əvəz edəcək.

B.Aslanbəyli Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr fakültəsini bitirib. 1998-2002-ci illərdə "PWC" şirkətində çalışıb. 2002-ci ildən "BP-Azerbaijan" şirkətində işə başlayıb. 2012-ci ildən Vergi və Gömrük məsələləri üzrə Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktor vəzifəsində fəaliyyət göstərib.