TQDK nəticələri açıqladı

31 İyul 2015 10:54 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 30 iyulda Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına keçirilən qəbul imtahanının nəticələri elan olunub. TQDK-dan SİA-ya verilən xəbərə görə, İmtahan nəticələri iləhttps://eservices.tqdk.gov.az/netht_hl/?frm=egov linkinə daxil olmaqla tanış olmaq olar.

TQDK-dan onu da bildiriblər ki, Naxçıvan şəhərində keçirilən imtahanların nəticələri bu gün elan ediləcək.