Azərbaycan, Rusiya və Qazaxıstan birgə atəş açacaq

30 İyul 2015 17:12 (UTC+04:00)

Rusiya, Qazaxıstan və Azərbaycanın hərbi gəmiləri artilleriya atəşlərini və gəmi məşqlərini həyata keçirmək üçün Xəzər dənizinə çıxıblar. SİA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri üzrə Mətbuat xidməti və informasiya idarəsinin nümayəndəsi İqor Dıqalo deyib.

Onun sözlərinə görə, 3 ölkənin gəmiləri "Xəzər Kuboku-2015" müsabiqəsinə hazırlıq çərçivəsində kiçik həcmli dəniz hədəfləri, hava hədəfləri və üzən mina üzrə atəş və s. tapşırıqları yerinə yetirəcəklər.