“Yaşıl teatr”da konsertlər davam edir

28 İyul 2015 14:51 (UTC+04:00)

Sumqayıt şəhərinin Nəsimi adına Mədəniyyət və İstirahət Parkında yerləşən "Yaşıl teatr"da yay mövsümü ilə əlaqədar silsilə konsert proqramları təqdim olunur. SİA-nın məlumatına görə, konsertlər Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə hazırlanan xüsusi plana əsasən həyata keçirilir.

Bu dəfə şəhərin sakinləri və qonaqları qarşısında 6 saylı şəhər klubu konsert proqramı ilə çıxış edib. Mədəniyyət ocağında fəaliyyət göstərən gənc istedadlar, aşıqlar, qızlar və oğlanlardan ibarət rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.