Gəncədə xatirə turniri keçirilib

27 İyul 2015 20:32 (UTC+04:00)

Gəncədə Əməkdar Məşqçi Firudin Həsənovun xatirəsinə həsr edilmiş yunan-Roma güləşi üzrə xatirə turniri keçirilib. 12 şəhər və rayondan olan 160-a yaxın idmançı əvvəlcə məşqçinin məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüblər.

"Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialında başlanan birincilikdə əsasən 8, 10, 13 və 14 yaşlı yeniyetmə idmançılar iştirak ediblər. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda medalların sayına görə Gəncə pəhləvanları birinci, Mingəçevir pəhləvanları ikinci, Beyləqan pəhləvanları isə üçüncü yerə çıxıblar.