İngiltərə Baş naziri Devid Kameron DAEŞ gündəmi ilə bağlı olaraq İndoneziya və Malayziyanı əhatə edən Cənub-Şərqi Asiya turuna çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Devid Kameron Cənub-Şərqi Asiya turunda DAEŞ-lə mübarizə məsələlərini müzakirə edəcək. Səfər öncəsi baş nazir verdiyi açıqlamada bunları deyib: "DAEŞ dünyanın üzləşdiyi ən böyük təhdidlərdən biridir. Bu zalım terroristləri ancaq təmsil etdiyimiz ölkələrdə və sosial mediada tədbirlər alaraq, düşmənə qarşı bir olmaqla məğlub edə bilərik".