Türkiyə Şimali Atlantika Sazişinin 4-cü maddəsi çərçivəsində NATO Şurasını yığıncağa çağırıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şura 28 İyul, çərşənbə axşamı günü toplanacaq. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, toplantıya çağırış məktubunda bu sözlərə yer verilib: "Türkiyənin milli təhlükəsizliyinə istiqamətlənmiş son hücumlar və təhdidlərin nəticəsində terrorizmə qarşı alınan tədbirlər və icra edilən əməliyyatlar haqqında müttəfiqlərini məlumatlandırmaq və müşavirələr aparmaq məqsədilə Şimali Atlantika Sazişinin 4-cü maddəsi əsas alınaraq, NATO Şurasını önümüzdəki həftə içi yığıncağa çağırırıq".