Araz Abdullayev məşqlərə başlayıb

24 İyul 2015 22:14 (UTC+04:00)

"Neftçi" futbol klubunun kapitanı Araz Abdullayev komanda ilə məşqlərə başlayıb. Klubdan bildiriblər ki, yarımmüdafiəçi Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsinin "Mladost" (Monteneqro) ilə cavab oyunundan sonra baldır damarlarındakı genişlənmə səbəbindən əməliyyat olunmuşdu. Buna görə də o, komandanın Bakıdakı məşqlərinə qatıla bilməmişdi. Artıq futbolçumuz bir neçə gündür ki, tam sağalıb və komanda ilə birlikdə məşqlərə başlayıb.

Araz Abdullayev zədə səbəbindən bir müddət Türkiyədəki hazırlıqdan kənarda qaldığı üçün ötən gün "Alanyaspor"la keçirilmiş qarşılaşmada meydana çıxmamışdı.