Media nümayəndələrinə mükafatlar təqdim olunub

24 İyul 2015 18:23 (UTC+04:00)

Azərbaycan – Slavyan Gənclər Assosiasiyası və Türkiyə Cumhuriyyətinin Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz Təmsilçiliyi "Xalq City" MTK-nın dəstəyi ilə Milli Mətbuatımızın 140 illiyinə həsr olunmuş tədbir keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Türkiyə Cumhuriyyətinin Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz Təmsilçiliyinin sədri Aqil Ələsgərov açıb. Milli Mətbuat günü münasibəti ilə media nümayəndəliyini təbrik edib.

Azərbaycan – Slavyan Gənclər Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov çıxış edərək KİV nümayəndələrini Milli Mətbuatın 140 illiyi münasibətilə təbrik edib. Mətbuat nümayəndələrinə işlərində yeni – yeni uğurlar arzu edib.

"Xalq City" MTK-nın sədri Bəxtiyar Məmmədov da media mənsublarına uğurlar arzu edib. Hər zaman mətbuatın yanında olduqlarını qeyd edib.

Daha sonra isə tədbirin təşkilatçıları KİV nümayəndələrinə diplom və mükafatlar təqdim edib.