"Seltik" - "Qarabağ" matçının başlama saatı müəyyənləşdi

24 İyul 2015 03:49 (UTC+04:00)

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Seltik" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib. Şotlandiya klubunun saytının yaydığı xəbərə görə, Qlazqo şəhərində keçiriləcək oyun iyulun 29-u Bakı vaxtı ilə saat 23:45-də (yerli vaxtla 19:45) başlayacaq.

Artıq oyunun biletləri də satışa çıxarılıb. Biletlərin qiyməti böyüklər üçün 20-22 avro, 12-16 yaşlı uşaqlar üçün isə 7-12 avro təşkil edir.