Yaponiyada qatlanan səyyar körpü hazırlanıb

23 İyul 2015 20:29 (UTC+04:00)

Yapon mütəxəssislər ilk dəfə qatlanan səyyar körpünü sınaqdan çıxarıblar. Körpüdən əsasən təbii fəlakətlər zamanı əhalinin evakuasiya olunması üçün istifadə ediləcək. Xarici KİV-lər xəbər verir ki, daşına bilən körpü bir saat ərzində istifadə üçün hazır olur.

Körpünün dünyanın bütün fəlakət zonalarına göndərilməsi nəzərdə tutulur.