Lənkəranda ağır yol qəzası baş verib

22 İyul 2015 18:14 (UTC+04:00)

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, hadisə iyulun 22-sə saat 14.50 radələrində rayonun dağlıq Gəgiran kəndinin Piədi ərazisində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Zamin Rza oğlu Əliyevin idarə etdiyi "QAZ-66" markalı yük maşını hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Nəticədə maşının sürücüsü və yanındakı sərnişini, Gəgiran kənd sakini, 1973-cü il təvəllüdlü Mustafa Aşur oğlu Axundov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşınında dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yola salınsa da M.Axundov yolda dünyasını dəyişib. MRX-nin reanimasiya şöbəsinə yerləşdirilmiş sürücü Z.Əliyevin də vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanıb.

Sərraf Mirsəfəroğlu