Sabirabadlı fermerlər ötən ilin payızında bu ilin məhsulu üçün 23 min 850 hektar sahədə taxıl əkiblər. Havaların əlverişli keçməsi nəticəsində taxıl sahələrinin məhsulu bol olub. SİA-nın məlumatına görə, məhsul yığımına mütəşəkkil başlayan sabirabadlı fermerlər biçin kampaniyasını qısa müddətdə başa çatdırıblar. Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilər əkdikləri 13 min 520 hektar buğda sahəsindən 47 min 390 ton məhsul götürüblər. Buğda sahəsinin hər hektarının məhsuldarlığı 39,8 sentner olub. Arpa yığımında da yüksək nəticələr əldə edilib. Səpin keçirilmiş 10 min 330 hektar arpa sahəsindən 37 min 926 ton məhsul götürülüb. Ümumilikdə, bu il sahələrdən 85 min 316 ton məhsul götürülüb ki, bu da ötən ildəkindən 3083 ton çoxdur.
Qeyd edək ki, hazırda torpaq mülkiyyətçiləri ikinci məhsul götürmək üçün sahələri əkinə hazırlayırlar.