Beynəlxalq Valyuta Fonduna (BVF) yeni baş ekonomist Maurik Obstfeld təyin edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard açıqlamasında qeyd edib ki, təqaüdə çıxan Oliver Blankardın yerinə Maurik Obstfeld gətirilib. Obstfeld həmçinin Beynəlxalq Valyuta Fondunun Araşdırma Departamentinə də rəhbərlik edəcək. Beynəlxalq Valyuta Fondunun yaydığı məlumatda o da qeyd olunur ki, Obstfeld vəzifəsinə 8 Sentyabr 2015-ci il tarixindən etibarən başlayacaq.