Ukrayna, Polşa və Litva birgə hərbi briqada yaradacaq

20 İyul 2015 18:13 (UTC+04:00)

3 ölkənin rəsmisi iyulun 24-də Lvovda (Ukrayna) hərbi briqadanın yaradılması məsələsi ilə bağlı birgə saziş imzalayacaq. Məlumata görə, sazişi Polşa Baş nazirinin müavini Tomaş Semonyak və Litvanın Müdafiə naziri Yuozas Olekas imzalayacaq. SİA-nın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Bu arada isə Ukraynanı təmsil edəcək şəxsin adı hələ ki açıqlanmayıb.

Xəbərə görə, yeni briqada Litpolukrbriq adlanacaq.