Erməni qubernator güllələnib

19 İyul 2015 13:15 (UTC+04:00)

Ermənistanın Alaverdi şəhərində iyulun 18-də gecə Loriysk vilayətinin qubernatoru Artur Nalbandyanın 22 yaşlı oğlu Levon güllələnib. SİA-nın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, güllə yarası alan gənc oğlan Alaverdidə əməliyyat olunandan sonra Yerevandakı "Erebuni" tibb mərkəzinə aparılıb. Polis atəş açanı artıq saxlayıb. İlkin məlumata görə, insident ov zamanı bədbəxt hadisə nəticəsində baş verib. Qubernator hadisə ilə bağlı açıqlama verməyib.