Tovuz rayonunda əhalinin məşğulluğunun təmin edilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. SİA-nın məlumatına görə, cari ilin yanvar-iyun aylarında görülən tədbirlər nəticəsində məşğulluq mərkəzinə müraciət edən 712 nəfərdən 200-ü işlə təmin olunub. İşlə təmin olunanların 101 nəfəri qadındır.
Qeyd edək ki, altı ayda 22 nəfərə işsizlik statusu verilib, 23 nəfərə isə müavinət ödənilib.