Əməkdar artist Elza Seyidcahan qızı Gülşənin xına və toy tarixini açıqlayıb. SİA-nın məlumatına görə, sənətçi verilişlərin birində bildirib ki, Gülşənin xınayaxdısı avqustun 19-da, toy isə 24-də baş tutacaq: "Onların fərqli ideyaları var. Bir çox restoran sahibləri öz məkanlarını mənə təmənnasız verir. Amma qızımın arzusu var. Maddi baxımdan mənə baha başa gəlsə də, onları reallaşdıracam. Xınayaxdı suda olacaq. Övladıma xeyir iş edirəm, alnım açıq, üzüm ağdır. Qapım bütün media mənsublaının üzünə açıqdır, gəlib çəkə bilərlər".

