Nigeriyada terror aktı 49 ölü

17 İyul 2015 16:58 (UTC+04:00)

Nigeriyanın Qombe şəhərində iki ayrı-ayrı bombalı hücumda 49 nəfər həyatını itirib, 70-dən çox adam isə yaralanıb.

Xarici KİV-lər xəbər verir ki, terrorçular Ramazan bayramı ilə əlaqədar adam sıxlığı olan dükanların yerləşdiyi bazarı hədəfə alıb. Bir-birinin ardınca partlayan bombalar çoxsaylı insan ölümünə səbəb olub.