Beynəlxalq “Qüds günü” Ağstafada qeyd edilib

16 İyul 2015 10:26 (UTC+04:00)

Beynəlxalq "Qüds günü" bütün dünya müsalmalraı kimi, Ağstafa rayon məscidində də din xadimləri tərəfindən qeyd edilib, Fələstinlilərə və Qarabağa azadlıq şüarları səsləndirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, "Qüds günü" ilk dəfə 1979-ci ildə İran İslam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri keçirilməkdə davam edir. Hər il olduğu kimi, bu ildə də müsəlmanlar meydanlara toplaşaraq Fələstinin İsrail tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasından və Müqəddəs Qüds məscidinin əsarətdən qurtulmasından ötrü yürüşlər və nümayişlər keçirir. Beynəlxalq "Qüds günü" nü bütün dünya müsalmaları qeyd etdiyi kimi, Ağstafa rayon məscidində də din xadimləri tərəfindən qeyd edilib, Fələstinlilərə və Qarabağa azadlıq şüarları səsləndirilib. Bu barədə Ağstafa rayon İmam Əli adına məscidin axund müavini Ənvər İsmayılzadə məlumat verib.

Ənvər İslamzadə dünyada baş verən bu cür hadisələri, müsəlman dövlətlərinə qarşı olan haqsızlıqları, müsəlman xiristiyan qarşıdurması kimi qiymətləndirib və müsəlmanların haqlarının və hüquqlarının pozulduğunu deyərək, bu cür hadisələrin baş verməsini düzgün hesab etmədiyini bildirib.

Kamran Əskiparalı