Qalx, bir az gəz, hava al.
Yəqin məni tanımazsan,
Bir özünü yadına sal.
Yadına sal, gülüşünü,
Baxışını gözlərinin.
Yadına sal, ürəyinin
İsti qaynar hisslərini.
Yadına sal, ümidləri,
Gələcək arzularını.
Yoxsa sən unutmusan?
Sabahların planını.
Ayıl şair, yatmaq olmaz.
Vaxtı deyil durmalısan.
Dur geyin pal-paltarını
Son qatara çatmalısan.
Gedək şair apar məni
Anlatdığın uzaqlara.
Silək artıq yaxınları
Qoy çevrilək xəyallara..
Söylə şair, yoxluq nədir?
Ölümdürsə, boşluq nədir?
Qəlbindəki dəlik nədir?
Dərin yaralısan şair…