32 dərəcə isti olacaq

15 İyul 2015 12:55 (UTC+04:00)

İyulun 16-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentindən SİA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 21-25, gündüz 27-32 dərəcə isti olacaq.

İyulun 16-də Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə əsasən şimal və qərb rayonların şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-28 dərəcə isti olacaq.