Luis Enrike Arda Turan haqqında nə düşünür?

15 İyul 2015 02:47 (UTC+04:00)

Mətbuat konfrası keçirən "Barselona"nın baş məşqçisi Luis Enrike yeni transfer Arda Turandan danışıb. Jurnalistlərin suallarını cavablandıran mütəxəssis Arda haqqında bunları deyib: "Arda komandanın əsas oyunçularından birinə çeviriləcək. O, topu özünda saxlamağı bacaran futbolçudur. Uzun müddətdir La Liqada top qovur. Arda komandada rəqabəti artıracaq. Ardanın transferi üçün klub rəhbərliyinə təşəkkürümü bildirirəm".