ABŞ internet məkanında müəyyən qaydalar tətbiq edir

14 İyul 2015 20:15 (UTC+04:00)

ABŞ diplomatları internet məkanında müvafiq qaydaların tətbiq olunması üçün BMT-yə müəyyən normalar təqdim edib. BMT kiberməkanda bütün ölkələrin əməl edəcəyi qaydaların yaradılmasının zəruriliyi ilə razılaşıb.

Bu normalara ölkələrin kiberhücumlar vasitəsilə digər ölkələrin mühüm infrastruktur obyektlərinə ziyan vurmağa səy göstərməmək, bir-birinin mühafizə sistemlərinə hücum etməmək, eləcə də digər ölkələrə öz ərazilərində törədilən kibercinayətlərin təhqiqində kömək etmək haqqında müddəalar daxildir. Ekspertlər komitəsi tərəfindən tərtib olunan xüsusi sənədə daxil ediləcək normaların BMT Baş Assambleyasının növbəti iclasında qəbul ediləcəyi gözlənilir.