Cənub bölgəsindən I və IV ixtisas qruplarına 1574 abutiriyent imtahan verdi

14 İyul 2015 19:19 (UTC+04:00)

Bu gün paytaxt Bakı ilə yanaşı bölgələrdə də ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, imtahan Lənkəranda 3 binada, 4 və 5 saylı şəhər məktəblərində, eləcədə Sütəmurdov kənd orta məktəbində baş tutub. İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri və 143 nəzarətçi-müəllim cəlb olunub. Ümumilikdə Cənub bölgəsi üzrə 1574 ərizəsini təsdiq etdirən abituriyentlərdən 91-i imtahana gəlməyib. Bütün təhlükəsizlik və ilkin tibbi yardım tədbirlərinin görüldüyü qəbul imtahanı səhər saat 11:00-də başlamaqla 3 saat davam edib.

Sərraf Mirsəfəroğlu