Bəstəkar məşhurları bir araya yığdı FOTOLAR

14 İyul 2015 18:21 (UTC+04:00)
Bəstəkar-şair Tural Bayraməliyev xanımı ilə birlikdə Qocalar evinin 200-dən çox sakini üçün iftar süfrəsi təşkil edib. SİA-nın verdiyi xəbərə görə, Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatda keçirilən xeyriyyə tədbiri Ramazan bayramına həsr olunub. İftar süfrəsinin təamlarından dadan pansionatın sakinləri eyni zamanda bayram əhval-ruhiyyəli konsert proqramı izləyiblər. Müğənnilər Mətanət Əsədova, Təranə Qumral, Musa Musayev, Tacir Şahmaroğlu, Yusif Mustafayev, Manaf Ağayev onlara canlı ifalar təqdim ediblər.

Tədbirdə çıxış edən T.Bayraməliyev bunları deyib: "Yaşlı nəslin nümayəndələrinə hər zaman diqqət göstərməliyik. Bu gün ağbirçək və ağsaqqallarımızın üzündə bir az da olsa təbəssüm yarada bildik. Allah heç bir evi böyüksüz etməsin".