Yavər Camalov Qazaxıstanın naziri ilə görüşdü FOTO

14 İyul 2015 17:25 (UTC+04:00)

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Saken Jasuzakovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir nümayəndə heyətinə MSN-in fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyətinin MSN-nin bir neçə müəssisəsində olacağı və istehsal prosesini yaxından izləyəcəyi də nəzərdə tutulur.