AzTv-də kadr dəyişikliyi

14 İyul 2015 13:57 (UTC+04:00)

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Xəbərlər" informasiya studiyasına yeni rəhbər təyin olunub. Belə ki, "Azad Azərbaycan" Televiziyasının (ATV) "Xəbərlər" Departamentinin sabiq rəhbəri Məqsəd Nur Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Xəbərlər" informasiya studiyasının baş direktoru təyin olunub. SİA-nın verdiyi məlumat görə, bu barədə AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib. Onun sözlərinə görə, Məqsəd Nur dünən kollektivə təqdim olunub və bu gündən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, "Azad Azərbaycan" Televiziyasının (ATV) "Xəbərlər" Departamentinin rəhbəri Məqsəd Nur bir neçə gün əvvəl işdən çıxarılıb.