“Don Kixot”

13 İyul 2015 09:51 (UTC+04:00)

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı yeni mövsümdə Migel de Servantesin "Ağıllı zadəgan - Don Kixot" romanı əsasında M.Bulqakovun səhnələşdirdiyi "Don Kixot" tamaşasını repertuarına daxil edəcək. Teatrdan SİA-ya verilən məlumata görə, Əbülfət Salahovun quruluş verdiyi tamaşada əsas rolları Xanlar Həşimzadə, İqrar Salamov, Çinarə Səmədova və başqaları oynayacaqlar.

Qeyd edək ki, tamaşanın baş rejissoru əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.