Futbol üzrə Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyununda keçiriləcək "Qarabağ" (Ağdam) – "Rudar" (Monteneqro) matçının hakimləri müəyyənləşib. SİA-nın məlumatına görə, görüşü rumıniyalı referi Sebastyan Koltesku idarə edəcək. Ona Radu Adrian Ştefan Ginquleak, Mircea Mixail Qriqoriu və George Katalin Qaman kömək edəcəklər.
İyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun hakim-inspektoru Volodimir Petrov (Ukrayna), UEFA nümayəndəsi isə İvan Borissov Lekov (Bolqarıstan) olacaq.