3 yaşlı körpə 9-cu mərtəbədən yıxıldı öldü

11 İyul 2015 13:39 (UTC+04:00)

Sumqayıt şəhərində yaşayan uşaq 9-cu mərtəbədən yıxılaraq ölüb. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, Sumqayıt şəhərində yaşayan 3 yaşlı Raul Məmmədli iyulun 10-u yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.