Hikmət Babaoğlu: “AXCP-də Əli Kərimlidən başqa heç kim qalmayacaq” AÇIQLAMA

11 İyul 2015 11:11 (UTC+04:00)

"Əslində AXCP adlı marginal qrupda kiminsə istefa verməsi, tərk etməsi Azərbaycanın ictimai-siyasi həyatında heç nə ifadə etmir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu AXCP və Müsavatdakı kütləvi istefalara münasibət bildirərkən deyib.

Baş redaktor bildirib ki, bu kimi hallar sadəcə olaraq media vasitəsilə gündəmdə qalamağa çalışan bəzi "5-ci kolon" nümayəndələrinin hərəkəti baxımından çox maraqlı ola bilər: "Bu istefalar onu göstərir ki, daxili-mənəvi mühit və daxili-siyasi dialoq bu marginal qrupun tərkibində heç vaxt olmadığı kimi bu gün də yoxdur. Ona görə də orada olan 3-5 nəfər də qurumn prespektivsizliyini görüb oradan uzaq olmağa çalışırlar. Ümumiyyətlə, AXCP-dəki dağılmalar, qopmalar, bir neçə adamın qurumdan uzaqlaşması onların "düzam" xəstəliyinə yaxalanmasından xəbər verir. Qısa müddət ərzində AXCP-də Əli Kərimlidən başqa heç kim qalmayacaq".