Aktyor komaya düşdü? FOTO

11 İyul 2015 09:40 (UTC+04:00)

Aktyor və müğənni Oğuzhan Koç haqda inanılmaz xəbər yayılıb. SİA-nın verdiyi xəbərə görə, ifaçının öldüyü deyilir. Bu məlumat məşhuru sevənləri çox sarsıdıb. Xəbərlərdə aktyorun infarkt keçirərək komaya düşdüyünü yazıblar.

Bütün söz-söhbətə Oğuzhanın dostu və həmkarı İbrahim Büyükak son qoyub. O, Koç ilə selfisini "Twitter"də paylaşaraq "Ölüsü də gözəldir. Dostlar, yalan xəbərlərə etibar etməyək" sözlərini yazıb.