Yaşayış binasında yanğın 5 nəfər təxliyyə olunub

10 İyul 2015 09:47 (UTC+04:00)

Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 87 kv.m olan 2 otaqlı evin mətbəxində paltaryuyan maşın və mətbəx mebeli qismən yanıb.

Yanğın zamanı mənzildən 5 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.