Vasif Adıgözəlova həsr edilmiş filmin istehsalı başa çatıb

9 İyul 2015 13:49 (UTC+04:00)

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlova həsr edilmiş sənədli televiziya filminin istehsalı başa çatıb. SİA-nın məlumatına görə, "Bəstəkar Vasif Adıgözəlov" adlı ekran əsəri ölməz sənətkarın həyat və sənət dünyasına həsr olunub. Filmdə xalq artistinin müxtəlif janrlarda yazdığı əsrarəngiz musiqi əsərlərindən, opera və operettalardan istifadə edilib.

Filmin ssenari müəllifi Səadət Təhmirazqızı, rejissoru Tahirə Hüseynova, operatoru Elşən Bədəlovdur.

Qeyd edək ki, Prezident İlham Əliyev "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 11 fevral tarixli Sərəncam imzalayıb.