ABŞ-da daş duz parçasını xatırladan qeyri-ənənəvi ev tikilib

8 İyul 2015 18:47 (UTC+04:00)

ABŞ-ın "David Jameson Architect" memarlıq şirkətinin layihəsi əsasında Merilend ştatında NaCI adlanan və daş duz parçasını xatırladan ev tikilib. Layihə üzərində çalışan memarların başlıca məqsədlərindən biri də mərtəbələrinin sayı və tavanlarının hündürlüyü tez təyin olunan ənənəvi binalardan uzaqlaşmaq olub.

Bina doğrudan da bir parça daş duz parçasına oxşayır. Memarlar binanı elə layihələndiriblər ki, içərisində olmadan onun haqqında müəyyən təsəvvür yaratmaq belə, çətindir. Binanın interyerində ağ rəng üstünlük təşkil edir. Onun müxtəlif hissələrində quraşdırılan pəncərələrin çoxluğu otaqlara düşən işığı daha da artırır. Aşağı mərtəbədə yerləşən qonaq otağından şüşə pilləkən vasitəsilə 2-ci mərtəbəyə qalxmaq mümkündür.

Binanın ümumi sahəsi isə 450 kvadrat metrdir.