Azərbaycanlı qanun ifaçısı Natəvan Həsənova ABŞ-da keçirilən "American Protégé International Concerto Competition 2015" beynəlxalq müsabiqəsində professional musiqiçilər kateqoriyada birinci yerə layiq görülüb. SİA-nın məlumatına görə, musiqiçimiz müsabiqədə ən yüksək performansa görə də mükafatlandırılıb.
Qeyd edək ki, Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında qanun müəlliməsi və Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının solistidir.