Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən millinin məşqçilər korpusunun üzvləri klublarımızın UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi qarşılaşmaları izləyəcəklər. SİA-nın məlumatına görə, Elxan Abdullayev "İnter" - "Laçi" (Albaniya) oyununa, Mahmud Qurbanov "Qəbələ" - "Dinamo" (Gürcüstan) qarşılaşmasına baxacaq, Faiq Əzizov isə "Mladost" (Monteneqro) - "Neftçi" oyununu izləmək üçün Podqoritsa şəhərinə səfər edəcək.