Velosipedçini maşın vurdu

7 İyul 2015 11:23 (UTC+04:00)

Lənkəranda velosipedçinin vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.SİA-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Haftoni qəsəbəsi ərazisində qeydə alınıb. 26 yaşlı qəsəbə sakini Taleh Mirzəyev idarə etdiyi "Lifan" markalı 42 BT 824 dövlət qeydiyyat nişanlı avtomaşınla Kərgəlan kənd sakini 21 yaşlı İlqar Həmidzadəni vurub. Yaralı ağır qapalı kəllə-beyin travması, təpə nahiyəsində kəsilmiş yaralar və sağ qolunun qapalı yerdəyişən sınıqları diaqnozu ilə Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu