Almaz Əliqızı: “Müstəqil namizədliyimi irəli sürə bilərəm” AÇIQLAMA

6 İyul 2015 15:04 (UTC+04:00)
"Müsavat partiyasının məclisində Gülağa Aslanlıya qarşı söylədiyim fikirləri çox da qabartmaq lazım deyil. Çünki bu, partiyadaxili məsələlərdir. Parlament seçkilərinə gəlincə, hələ öz qərarımı verməmişəm". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat partiyasının Məclis üzvü Almaz Əliqızı deyib.

Məclis üzvü qeyd edib ki, müstəqil namizədliyimi irəli sürə bilər: "Amma hələ dəqiqləşdirməmişəm".

Qeyd edək ki, bir neçə gün öncə Məclis üzvü Almaz Əliqızı Gülağa Aslanlının parlamentə namizəd olmaq istəyən şəxslərə zəng edərək onların fikrini öyrənməsinə irad tutub. O bildirib ki, G.Aslanlı namizədlərə zəng edərək fikirlərini öyrənir, amma ona zəng gəlməyib: "Belə olan halda mən də müstəqil namizədliyimi irəli sürsəm, məndən inciməyin".

İntizarə Məmmədova